Ərdoğan həftəsonu küçəyə çıxmaq qadağasını ləğv etdi

  • 13:18 - 05 İyun

Türkiyə prezidenti Ərdoğan küçəyə çıxmaq qadağasını ləğv etdiyini açıqlayıb.

Avropa.info xəbər verir ki, Ərdoğan bu barədə məlumatı Türkiyə prezidentinin rəsmi “Twitter” səhifəsindən açıqlayıb:

“Səhiyyə Nazirliyimizin tövsiyəsi və DİN-nin sərəncamı ilə bu həftəsonu 15 vilayətimizdə küçəyə çıxmaq qadağasının tətbiq olunacağı dünən gecə elan edilmişdi. Lakin vətəndaşlarımızın müraciətləri bizi qərar yenidən baxmağa məcbur etdi. Prezident kimi 15 vilayətimizi əhatə edən həftəsonu küçəyə çıxmaq qadağasını ləğv etmək qərarı verdim. Vətəndaşlarımızdan bu müddətdə maska, məsafə və təmizlik qaydalarına diqqətlə əməl etmələrini xüsusi şəkildə xahiş edirəm”.


Oxunma sayı: 5699

Oxşar yazılar