Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi

  • 13:09 - 05 İyun

“Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli sərancamı 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir”.

Avropa.info-nun məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib

“Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir.

Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekununu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar”.


Oxunma sayı: 4225

Oxşar yazılar