Son dəqiqə: Türkiyə dəstəkli Liviya ordusu Tərxunə şəhərini azad etdi – Haftar muzdluları kütləvi şəkildə qaçır

  • 12:12 - 05 İyun

Liviya ordusu Tərxunə vilayətinin mərkəzini qiyamçı general Xəlifə Haftarın muzdlularından təmizləyiblər.

Avropa.info xəbər verir ki, dörd tərəfdən Tərxunə qarşı hücuma keçən ordu hissələri şəhər mərkəzində nəzarəti bərpa ediblər. Hazırda vilayətdən qaçan Haftara bağlı Kaniyat müdafiə dəstələri izlənilir. Tərxunə şəhərinin yerli əhalisi olan Kaniyat birləşmələrinin dünən gecə ölkənin şərqinə doğru geri çəkilməsi xəbəri yayılmışdı.

Qeyd edək ki, Tripolinin 90 km cənubunda yerləşən Tərxunə şəhəri uzun müddətdir paytaxta qarşı hücumlarda qərargah rolunu oynayırdı.

Liviya ordusu son günlər Haftar muzdlularına qarşı böyük uğurlar əldə edib. Strateji əhəmiyyətli Tripoli Beynəlxalq Aeroportu, Ayn Zara və Vadi ər-Rəbi kimi məntəqələr geri alınıb. 


Oxunma sayı: 14400

Oxşar yazılar