Corc Floyd üçün öldürüldüyü şəhərdə vida mərasimi keçirildi - FOTO

  • 11:34 - 05 İyun

ABŞ-ın Minneapolis şəhərində polis zorakılığı nəticəsində ölmüş amerikalı zənci Corc Floydla vida mərasimi keçirilib.

Avropa.info xəbər verir ki, dəfn mərasimi onlayn rejimdə translyasiya edilib. Floydun qohum və dostları ilə yanaşı dəfn mərasimində dini icmaların liderləri və siyasətçilər də iştirak edib.

Minneapolis şəhəri polis idarəsinin rəisi Medaria Arradondo və müavini komissar Dey O`Konner Floydun meyitini daşıyan avtomobil qarşısında diz çöküblər.

Floydun xatirəsinə elan edilən 1 dəqiqəlik sükut 8 dəqiqə 46 saniyə davam edib. Məhz bu müddət ərzində polis onu yerdə yatan yerdə dizi ilə boğazını sıxmışdı.

Corc Floydla vida mərasimi sabah Şimali Karolinada da keçiriləcək. Dəfn mərasimi 9 iyunda Hyustona keçiriləcək.

Qeyd edək ki, 25 mayda öldürülmüş Corc Floydun ölümü ən azı 30 amerikan şəhərində kütləvi iğtişaşlara səbəb olmuşdu.


Oxunma sayı: 4324

Oxşar yazılar