“Bu sərvətləri qoruyub, gələcək nəsillərə ötürməliyik” – Deputat

  • 10:37 - 05 İyun

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 1972-ci il 05 iyun tarixli qərarına əsasən, bu gün, dünyada baş verən global problemlərə diqqət çəkmək üçün qeyd olunur. Daha sağlam dünya üçün, yalnız bir gün yox, hər gün bizim üçün ətraf mühiti mühafizə günü kimi qeyd olunmalı və dünyanın bizlərə bəxş etdiyi təbii sərvətləri qoruyaraq, gələcək nəsillərə ötürməliyik.

Bu sözləri Avropa.info-ya açıqlamasında Milli Məclisin deputatı İntizam Yusifov deyib.

Deputat qeyd edib ki, hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir: 

“2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib.

Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir.

Ekoloji və Təbii Sərvətlər Nazirliyi hər il 5 iyun-Ümumdünya Ətraf Muhitin Muhafizəsi Günu ərəfəsində ətraf mühitin qorunması, təbiətdən,yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə ədilməsi,onların bərpası və mühafizəsi bioloji müxtəlifliyinin qorunub saxlanması məqsədi ilə müxtəlif tədbirlər həyata keçirir”.

Coşqun Abdullayev
Avropa.info


Oxunma sayı: 10429

Oxşar yazılar