İmişlidə sakinlərə pulsuz tibbi maskalar paylanıb - FOTO

  • 23:45 - 04 İyun

 

Koronavirus (COVID 19)  infeksiyasının sürətlə yayılma təhlükəsi nəzərə alınaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, İmişlı rayonu  ərazisində profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən gücləndirilmiş iş rejimində davam etdirilir.


Avropa.info xəbər verir ki, İmişli Rayon İcra Hakimiyyətinin təşəbüsü ilə rayonun Polis Şöbəsi, eləcə də  Gənclər və İdman İdarəsinin əməkdaşları tərəfindən əhalinin pulsuz tibbi maskalarla təmin edilməsi işləri həyata keçirilir.  Həmçinin, vətəndaşlar arasında gigiyena qaydalarına riayət olunmasının əhəmiyyəti ilə bağlı maarifləndirici söhbətlər edilir, özlərinin və yaxınlarının müəyyən edilmiş qayda, eyni zamanda tövsiyələrə əməl edərək, sağlamlıqlarını qorumalarının vacibliyi xatırladılır. Bugünkü aksiya çərçivəsində vətəndaşlara 2000-dən artıq tibbi maska paylanılıb.
İmişli üzrə yoluxma göstəriciləri yüksək olmasa da regional karantin mərkəzi sayıldığından koronavirusa qarşı qabaqlayıcı tədbirlər gücləndirilib. Məhəllədaxili yolların, sakinlərin daha çox istifadə etdiyi küçələrin və səki daşlarının xüsusi məhlullarla yuyulması işləri müntəzəm olaraq həyata keçirilir.
 Koronavirus infeksiyasına qarşı aparılan tədbirlərdə rayonun bütün idarə və təşkilatları yaxından fəal iştirak edir.

 


Oxunma sayı: 6711

Oxşar yazılar