Ağstafa şəhər Uşaq Musiqi Məktəbi ”Günəş” vokal kvartetinin uğuru - Foto

  • 23:03 - 04 İyun

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Təhsil Nazirliyinin dəstəyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Üç alov” adlı uşaq və gənclərin onlayn Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalına onlayn platformada qala-konsert formasında yekun vurulub. 

Festivalda Ağstafa Regional Mədəniyyət İdarəsi H.Arif adına Ağstafa şəhər Uşaq Musiqi Məktəbinin müəllimi Günəş Musayevanın bədii rəhbər olduğu "Günəş" vokal kvarteti musiqisi C.Cahangirova məxsus "Qarabağ" mahnısı ilə 12-14 yaş vokal qrup nominasiyası üzrə 2-ci yerə layiq görülmüşdür. 
Karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi, folklor, klassik, müasir incəsənətin müxtəlif istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir. 


Fetivalda respublikamızın regionları və Bakı şəhəri ilə yanaşı İtaliya, Moldova, Qazaxıstan, Rusiya, Belarusiya və Özbəkistanı təmsil edən iştirakçılar çıxış ediblər. Üç yaş qrupu və üç nominasiya üzrə təşkil olunan festivala Təhsil Nazirliyi sistemindəki və digər ölkələrdən müraciət etmiş ümumtəhsil məktəblərində təhsil alan şagirdlər, məktəbdənkənar təhsil müəsisələrinin dərnək üzvləri, rəqs kollektivləri, rəqqaslar, musiqiçilər daxil olmaqla 1750 nəfər uşaq və gənc müraciət edib. 
Festivalın münsiflər heyətində tanınmış xalq və əməkdar artistləri, milli, müasir, bal rəqsləri müəllimləri, baletmeysterlər, xoreoqraflar, sənətşünaslıq üzrə fəlsəfə doktorları, vokal və instrumental ifaçılıq üzrə müəllimləri - Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə, xalq artistəri Tamilla Eldarova və Kamilla Hüseynova, əməkdar artist Azərbaycan Dövlət Rəqs Ansamblının direktoru Elçin Qədimov, baletmeyster Azərbaycan Respublikası İdman rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədov, əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının müəllimi Kamran Kərimov, əməkdar artist Azərbaycan Dövlət Milli Konservatoriyasının dosenti Əliağa Sədiyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru ADMİU-nun instrumental ifaçılıq kafedrasının mudiri Səbinə Mehdiyeva, xoreoqraf əmək veteranı medalı laureatı Mahirə Məmmədova, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllimləri, xoreoqraf Nazim Nəsirov, vokal və fortepiano müəlliməsi Esmira Hüseynova və gitara musiqi aləti üzrə müəllimi Qızıl mikrofon laureatı Fuad Cəfərov təmsil olunub. 
İyunun 1-də festivalın final mərhələsi 4 saat fasiləsiz olaraq sosial şəbəkələrdə canlı yayımlanıb və müxtəlif ölkələrdən canlı yayıma qoşulublar. Münsiflər heyəti tərəfindən festivala təqdim olunan ifalar üzrə 1750 iştirakçıdan 250 nəfəri seçilərək folklor, klassik, müasir bölmələrin hər nominasiyasında I, II, III və həvəsləndirici yerlər üzrə qiymətləndirilməsi aparılıb. 

Qaliblər diplom, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunub. 
Festivalin “Qran-pri” mükafatına isə Azərbaycan Milli Konservstoriyası tərkibində İncəsənət Gimnaziyasının vokal qrupu layiq görülüb. 




 


Oxunma sayı: 12134

Oxşar yazılar