Ramin Bayramlı: "Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik"

  • 17:52 - 04 İyun

Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik.

Avropa.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, COVİD-19-un yayılmasının qarşısının alınması üçün vətəndaşların yalnız qısamüddətli qapanmalarda olması kifayət deyil, insanlar tələb olunan qaydalara da əməl etməlidirlər:

"Bəzi vətəndaşlar bu halı ikinci dalğa kimi qəbul edirlər. Bu, belə deyil, hazırda pandemiyanın başlanğıc mərhələsindəyik".


Oxunma sayı: 4841

Oxşar yazılar