TƏBİB: "Bir sıra yerlərdə yoluxma sayı artıb"

  • 17:10 - 04 İyun

Hazırda COVİD-19 virusunun peyvəndi tapılmadığı üçün dünya ölkələri tərəfindən qabaqlayıcı tədbirlər həyata keçirilir. Son günlər ölkədə insanlar tərəfindən koronavirus infeksiya ilə mübarizə qaydalarına riayət edilməməsi nəticəsində bir sıra yerlərdə yoluxanların sayı artıb. Buna görə müəyyən günlərdə karantin rejiminin sərtləşdirilməsi qərarı alınıb.

Avropa.info xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, həftəsonu ölkədə sərt karantin rejimi tətbiq ediləcək: “Nazirlər Kabineti tərəfindən qurumlara məlumat verilib”.


Oxunma sayı: 5743

Oxşar yazılar