“Kovid-19 insan istehsalıdır və laboratoriyadan sızıb” – İngilis məxfi kəşfiyyatının sabiq sədrindən sensasiyalı hesabat

  • 16:53 - 04 İyun

İngiltərə məxfi kəşfiyyatı Mİ6-nın sabiq sədri Ser Riçard Dirlov Norveç və İngiltərə elm adamlarının epidemiya ilə bağlı nəticəni paylaşaraq koronovirusun Uhandakı laboratoriyadan qəza nəticəsində yayıldığını irəli sürüb.

Avropa.info xəbər verir ki, Dirlov elmi işi tədqiq edərək, virusun insan istehsalı olması və qəza nəticəsində laboratoriyadan sızması nəticəsinə gəlib. 1999-2004-cü illərdə Mİ6-ya sədri olan Dirlov San Corc xəstəxanasının işçisi professor Anqus Dalqleiş ilə London Universitetinin norveçli virusoloqu Birger Sorensen ilə birgə hazırladıqları hesabatın çox vacib olduğunu qeyd edib. Hesabatda SARS virusu ilə eyni ailədən olan koronovirusun (SARS-Cov-2) araşdırıldıqda virus ailəsindən tamamilə fərqli struktura sahib olmasının müəyyən edildiyi vurğulanıb.

Sabiq Mİ6 sədri hesabata istinad edərək, koronovirusun insan əli ilə hazırlandığına dair əsaslı sübutlarının olduğunu qeyd edib. Dirlov sübutların əks olunduğu hesabat nəticəsinin Çini dünyaya verdiyi zərəri ödəməyə məcbur edəcəyini qeyd edib.


Oxunma sayı: 10649

Oxşar yazılar