Baş Nazir jurnalistlərin ofisdən işləməsinə icazə vermədi

  • 16:50 - 04 İyun

Baş Nazir Əli Əsədov həftə sonları ölkə ərazisində məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar verib.

2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.

Avropa.info xəbər verir ki, fəaliyyəti məhdudlaşdırılan sahələr arasında mətbuat da var.

Belə ki, Baş Nazirin qərarı ilə yalnız teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyətinə icazə verilib.

Qəzetlər, informasiya agentlikləri və sayt işçilərinin ofisdən işləməsinə icazə verilmir. 


Oxunma sayı: 11507

Oxşar yazılar