Türkiyə dəstəkli Liviya ordusu paytaxt Tripoli və ətrafını Haftar muzdlularından tamamilə təmizlədi - Tripoli aeroportu və 2 rayon azad edildi

  • 16:13 - 04 İyun

Türkiyə dəstəkli Liviya ordusu paytaxt Tripolinin cənubundakı Ay Zara və Vadi ər-Rəbi rayonlarını qiyamçı Haftar qüvvələrindən alaraq, Tripoli və ətrafındakı bütün ərazilər üzərində nəzarəti tam bərpa edib.

Avropa.info xəbər verir ki, Liviya ordusu mətbuat katibi Məhəmməd Kununu ordu hissələrinin bu əraziləri qiyamçı general Xəlifə Haftarın qeyri-qanuni silahlı birləşmələrindən təmizlədiyini bəyan edib.

Qeyd edək ki, Liviya ordusu dünən keçirdiyi əməliyyatlar nəticəsində Tripoli Beynəlxalq Aeroportu üzərində də nəzarəti tam bərpa edib. Bununla da Birləşmiş Ərəb Əmirlikləri, Misir və bəzi Qərb ölkələrinin dəstəklədiyi Haftar gücləri paytaxt Tripolinin ətrafından tamamilə təmizlənib.

Avropa.info


Oxunma sayı: 18063

Oxşar yazılar