Etirazlar üzündən Vaşinqtonda komendant saatı uzadıldı

  • 12:50 - 04 İyun

Vaşinqton meri Müriel Bouzer amerikalı zənci Corc Floydun öldürülməsi ilə başlayan və hələ də davam edən iğtişaşlar üzündən Vaşinqtonda komendant saatı daha 1 sutka uzadılıb.

Avropa.info xəbər verir ki, paytaxtın yerləşdiyi Kolumbiya dairəsi meri səlahiyyətlərdən istifadəni insanların təhlükəsizliyi ilə izah edib. Komendant saatının pozulması 300 dollar cərimə və 10 sutkayadək həbslə cəzalandırılacaq. Tibbi işçiləri, jurnalistlər və bir sıra digər peşə sahibləri üçün komendant saatı tətbiq olunumur.

Qeyd edək ki, Vaşinqtonda komendant saatı 1 iyundan tətbiq olunur. Polis rəisi Piter Nyuşamın sözlərinə görə, komendant saatı zorakılıq qarşısını effektiv şəkildə ala bilib.


Oxunma sayı: 10143

Oxşar yazılar