Qadın direktor icra başçısının müavini təyin edildi

  • 12:42 - 04 İyun

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov xanım direktoru yüksək vəzifəyə təyin edib.

Avropa.info unikal.org-a istinadla xəbər verir ki, Ə.Əzizovun əmri ilə, Axundova Könül Arif qızı Suraxanı rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, K.Axundova bu təyinata qədər Sabunçu Rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.


Oxunma sayı: 23123

Oxşar yazılar