ABŞ-da kütləvi iğtişaşların səbəbkarı koronovirusa xəstəsi imiş

  • 11:57 - 04 İyun

25 may tarixində polis tərəfindən saxlanılarkən öldürülən amerikalı qaradərili Corc Floyd meyitinin yarılması zamanı koronovirusa yoluxduğu məlum olub.

Avropa.info xəbər verir ki, tibbi eksperti Dr. Endrü Beyker aparılan PCR testinin bir neçə həftə sonda belə müsbət çıxa biləcəyini qeyd edib:

“Tibbi ekspertiza Floydun böyük ehtimalla simptomlar göstərmədən xəstəlik keçirdiyini göstərir”.

Hesabatda Floydun 3 apreldə verdiyi koronovirus analizinin müsbət çıxdığı qeyd olunur.

Mütəxəssislər virusun Floydun ölümündə rol oynamadığını və çox böyük ehtimalla yoluxdurucu olmadığını da deyiblər.


Oxunma sayı: 6909

Oxşar yazılar