Ermənistanda epidemiya nəzarətdən çıxıb – Paşinyan canlı yayımda etiraf etdi

  • 11:41 - 04 İyun

Ermənistanda koronovirus yoluxmasında yeni antirekord qeydə alınıb.

Avropa.info xəbər verir ki, sutka ərzində 697 yeni yoluxma halı üzə çıxarılıb. Bu barədə baş nazir Nikol Paşinyan “Facebook” səhifəsində etdiyi canlı yayımda məlumat verib.

Onun sözlərinə görə, gün ərzində 6 nəfər ölüb, Kovid-19 qeydə alınmış daha 9 nəfər digər xəstəliklər nəticəsində ölüb.

“Xəstə sayı 100 nəfər, tibbi köməyə ehtiyacı olanların sayı 25 nəfər olanda biz işin öhdəsindən gəlirik. Ancaq xəstə sayı 10 min olanda səhiyyə sistem 2500 xəstənin öhdəsindən çətin gəlir” – Paşinyan deyib.

Paşinyan Ermənistanda ehtimal ki, 20 min nəfər yoluxmuş insanın olduğunu, lakin bundan xəbərsiz olduqlarını deyib. Məhz bu adamlar Kovid-19-un kafe, küçə, iş yerlərində əsas yoluxdurucusu olaraq qalır.

Paşinyan epidemiya ilə bağlı tədbirlərə əməl olunmamasını fəlakət adlandırmışdı.


Oxunma sayı: 9637

Oxşar yazılar