Liviya ordusu daha iki strateji rayonu Haftar qüvvələrindən aldı

  • 10:52 - 04 İyun

Liviya ordusu paytaxt Tripolinin cənubundakı Ay Zara və Vadi ər-Rəbi rayonlarını Haftar qüvvələrindən alaraq, bu ərazilər üzərində nəzarəti tam bərpa edib.

Avropa.info xəbər verir ki, Liviya ordusu mətbuat katibi Məhəmməd Kununu ordu hissələrinin bu əraziləri qiyamçı general Xəlifə Haftarın qeyri-qanuni silahlı birləşmələrindən təmizlədiyini bəyan edib.

Qeyd edək ki, Liviya ordusu dünən keçirdiyi əməliyyatlar nəticəsində Tripoli Beynəlxalq Aeroportu üzərində də nəzarəti tam bərpa edib. 


Oxunma sayı: 1453

Oxşar yazılar