ABŞ-da gərginlik artır: 10 minə yaxın etirazçı saxlanıldı

  • 10:23 - 04 İyun

ABŞ-da etiraz aksiyalarının başladığı gündən bəri hüquq-mühafizə orqanları nümayişlərdə iştirak edən 9813 etirazçı polis tərəfindən saxlayaraq, təcridxanalara aparılıb.

Avropa.info xəbər verir ki, bu barədə "CNN"in hesablamalarında göstərilib.

Hesabtda qeyd olunur ki, ən çox etirazçı Los-Ancelesdə saxlanılıb. Buradan saxlanılanların sayı təxminən 2,7 min nəfərdir. 

Hazırda 28 ştatda və Kolumbiya federal dairəsində 20,4 min hərbçi asayişin qorunmasına cəlb olunub. Vaşinqton və Nyu-York daxil olmaqla, 40-a yaxın şəhərdə komendant saatı tətbiq edilib.

Qeyd edək ki, Vaşinqton şəhərinin ötən gecə ərzində polislərin qaradərili əhaliyə qarşı əsassız olaraq zorakılıq tətbiq etməsinə qarşı etiraz aksiyalarının 300-dən artıq iştirakçısı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Bu barədə mətbuat konfransı zamanı şəhərin polis idarəsinin rəisi Piter Nyuşem deyib.

P.Nyuşem bildirib: "Prosesin sonunda bizdə 300-dən çox həbs oldu".

Onun sözlərinə görə, həbslər əsasən qanun pozuntularının 3 kateqoriyası üzrə həyata keçirilib: komendant saatına riayət edilməməsi (həbslərin əksəriyyəti), həmçinin soyğunçuluqlarda və nizamsızlıqlarda iştirak.


Oxunma sayı: 4082

Oxşar yazılar