Türkiyədə axtarışına 1 milyon qoyulan terrorçu könüllü təslim olub

  • 23:27 - 03 İyun

Aparılan təbliğat və ailələrlə danışıqlar nəticəsində daha bir təhlükəli terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub.
Avropa.info xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilir ki, Haqqaridə könüllü olaraq təslim olan terrorçunun ələ keçirilməsi üçün 1 milyon türk lirəsi pul ayrılmışdı. Hələlik terrorçunun şəxsiyyəti açıqlanmayıb.
Qeyd edək ki, DİN-in iyunun 2-də yaydığı məlumata görə, ailələrinin köməkliyi ilə daha dörd terrorçu təslim olub. Bununla da, cari ildə təslim olan terrorçuların sayı 82 nəfərə çatıb.


Oxunma sayı: 8108

Oxşar yazılar