Bu ölkədə karantin qadağasını pozanlar polis tərəfindən güllələnir

  • 16:24 - 03 İyun

İPOA-nın apardığı istintaq nəticəsində Keniyada koronovirus epidemiyası ilə bağlı tətbiq olunan küçəyə çıxmaq qadağası dövründə 15 nəfərin polis tərəfindən öldürüldüyü müəyən edilib.

Avropa.info xəbər verir ki, bu sözləri İPOA sədri Anne Makori deyib. O, polisin 31 mülki şəxs işgəncə verdiyini, mart ayından bu yana polis haqda 81 şikayət aldıqlarını deyib.

Hadisələrin araşdırılması üçün komandaları yaradılıb və fəaliyyətə başlanılıb.

Qeyd edək ki, koronovirus epidemiyasının qarşısını almaq üçün Keniyada 19:00-05:00 arasında komendant saatı tətbiq edilib. İndiyə qədər bu ölkədə 2093 nəfərdə virus qeydə alınıb, 71 nəfər virusdan həyatını itirib.


Oxunma sayı: 8845

Oxşar yazılar