“Ermənistanda vəziyyət fəlakət həddindədir” - Nikol Paşinyan

  • 16:18 - 03 İyun

“Son günlər Ermənistanda koronavirusa yoluxma və pandemiyadan ölüm hallarının çoxalması fəlakətdir”.

Avropa.info report-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə əhalisinə videomüraciətində bildirib.

O, vətəndaşlardan fövqəladə vəziyyət rejiminin şərtlərini pozanların foto və videolarını çəkib ona göndərilməsini istəyib.

Qeyd edək ki, Ermənistanda son sutkada daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. Ölkə üzrə virusa yoluxanların sayı 10 524-ə, ölənlərin sayı isə 170-ə yüksəlib.


Oxunma sayı: 4940

Oxşar yazılar