Türkiyə və Azərbaycan arasında 90 günlük vizasız rejim qüvvəyə mindi

  • 15:15 - 03 İyun

Türkiyənin Azərbaycan, Şimali Kipr və Kosova ilə imzaladığı müqavilələrlə bağlı qərarlar “Resmi Gazete”də dərc olunub.

Avropa.info xəbər verir ki, 25 fevralda Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası arasında Bakıda imzalanan “Qarşılıqlı vizasız rejimə dair müqavilə” rəsmi olaraq qüvvəyə minib.

Müaviləyə görə, hər bir ölkənin vətəndaşı digər tərəfin ölkəsinə girmək, transit keçmək və müvəqqəti olaraq qalmaq üçün 90 gün ərzində viza almaq məsuliyyətindən azad olunacaqlar.


Oxunma sayı: 4676

Oxşar yazılar