ABŞ-dakı etiraz aksiyalarında saxlananların sayı 9 min nəfəri keçdi

  • 14:47 - 03 İyun

ABŞ-da Corc Floydun öldürülməsindən sonra başlayan etiraz aksiyalarında 9,3 aksiya iştirakçısı saxlanılıb.

Avropa.info xəbər verir ki, Ən çox Los-Ancelesdə 2700 nəfər nəfər saxlanılıb. İkinci yerdə 1500 nəfərlə Nyu-York şəhəridir. Bir neçə yüz nəfər etirazçı Dallas, Hyuston və Filadelfiya şəhərlərində saxlanılıb.

Etiraz aksiyaları səngimək bilmədiyindən rəqəmin artacağı gözlənilir. Dünən axsam Nyu-Yorkda 200 nəfər saxlanılıb. Etirazların qarşısının alınması üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə olunub.

Hazırda etirazların yatırılması üçün 28 ştatda və paytaxt Kolumbiya dairəsində 20,4 min Milli Qvardiya üzvü fəaliyyət göstərir. Vaşinqton və Nyu-York daxil olmaqla 40 şəhərdə komendant saatı tətbiq olunub.


Oxunma sayı: 10264

Oxşar yazılar