Braziliya koronovirus yoluxmasında antirekorda imza atdı

  • 12:45 - 03 İyun

Braziliyada ötən sutka ərzində rekord miqyasda - 28 min 936 nəfərdə Kovid-19 xəstəliyinə yoluxma halı aşkarlanıb.

Avropa.info xəbər verir ki, bu barədə Braziliya Səhiyyə Nazirliyi məlumat yayıb. Sutka ərzindən virus ölən xəstələrin sayı isə 1262 nəfər olub.

Epidemiya başlayan gündən Braziliyada 555 min 383 nəfər virusa yoluxub, 31 min 199 ölüm halı qeydə alınıb.

Braziliya aşkarlanan koronovirus hallarına görə, ABŞ-dan sonra dünyada ikinci yeri tutur. 

Vaşinqton Universitetinin alimlərinin hesablamasına görə, Braziliyada koronovirusda ölənlərin sayı avqustun əvvəlinədək beş dəfə - 125 min nəfərədək arta bilər.


Oxunma sayı: 3928

Oxşar yazılar