Amerikalı alimlər süni böyrək yetişdirdilər

  • 12:29 - 03 İyun

ABŞ-ın Pittsburq universitetinin alimləri kök hüceyrələrdən yetişdirilmiş böyrəyin köçürülməsi ilə bağlı uğurlu əməliyyat keçiriblər.

Avropa.info xəbər verir ki, insan böyrəyinin analoqu siçovul orqanizminə yerləşdirilib, uyğunlaşıb və öd şirəsi istehsal edərək, qanı toksinlərdən təmizləməyə başlayıb.

Tədqiqatın müəlliflərindən biri Alexandro Soto-Qutyerez deyib ki, orqanı bir neçə könüllünün dərisindən birləşdirici parçaların proqramlaşdırması nəticəsində yaratmaq mümkün olub. İnsan böyrəyinin miniatür forması yaradılıb, daha sonra zülal karkasları ilə doldurulub.

Alimlər ümid edirlər ki, süni yolla yaradılmış orqanlar gələcəkdə insan həyatlarının xilas edilməsi yolundan daha bir vacib addımdır.


Oxunma sayı: 7393

Oxşar yazılar