Ermənistanda koronavirusdan ölənlərin sayı 170-ə çatdı

  • 12:07 - 03 İyun

Ermənistanda daha 515 nəfərdə koronavirus aşkarlanıb, 12 nəfər ölüb. 

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. 

Beləliklə, Ermənistanda virusa yoluxanların sayı 10 524-a yüksəlib. 

Məlumata görə, ölkədə pandemiyadan ölənlərin sayı daha 12 nəfər artaraq 170-ə çatıb. Bildirilib ki, indiyədək 3 454 nəfər infeksiyadan sağalıb. Hazırda Ermənistanda 6 841 aktiv koronavirus xəstəsi var. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. 

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 6,4 milyonu ötüb. Bunların 3 milyon nəfərdən çoxu sağalıb, 382 mindən çoxu isə ölüb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Report


Oxunma sayı: 8493

Oxşar yazılar