Liviyada döyüşən iki rus muzdlusu koronovirusdan ölüb

  • 11:33 - 03 İyun

Xəlifə Haftara məxsus qeyri-qanuni birləşmələr döyüş bölgəsindən geri çəkilərkən 48 cəsəd qoyub gediblər.

Avropa.info xəbər verir ki, bu sözləri BMT tərəfindən tanınmış Liviya Milli Həmrəylik Hökumətinin hökumət sözçüsü Məhəmməd Kununu deyib.

Onun sözlərinə görə, koronovirus təhlükəsinə görə, muzdluların cəsədlərini kombinezonlara yığırlar. Kununu Haftar qüvvələrinin Tripolidən cənubda yerləşən Vadi-ər-Rabi rayonunda artilleriya atəşinə tutulduğunu deyib. 

MHH-nin Sirt və Əl-Cufrədə əməliyyatlar üzrə qərargah nümayəndəsi general Əbdülhadi Dirahın aldığı kəşfiyyat məlumatına görə, Liviya döyüşən iki rus muzdlusu koronovirusdan ölüb. Onun sözlərinə görə, Haftar tərəfində olan “Vaqner” muzdluları Sirt şəhəri ətrafında döyüşür. Daha ili muzdluda virus aşkarlanıb. General Sirt xəstəxanasında olan bir neçə muzdlunun koronovirusdan ölməsi haqda məlumatın təsdiqləndiyini bildirib.


Oxunma sayı: 1717

Oxşar yazılar