Türkiyədə təhlükəli terrorçu məhv edildi

  • 10:17 - 03 İyun

TKP/ML terror təşkilatının üzvü Həsən Ataş Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən məhv edilib.

Avropa.info-nun "Anadolu"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildiriblər.

Məlumata əsasən, terrorçunun məhv edilməsi üzrə xüsusi əməliyyat Tuncəli əyalətinin Ovacıq rayonunda keçirilib. "Şerzan" kod adı ilə tanınan H.Ataş Türkiyə Daxili İşlər Nazirliyinin "narıncı siyahı"sında olub.

Bildirilir ki, onun tutulmasına hakimiyyət təxminən 1 milyon lirə mükafat təyin etmişdi.

Qeyd edilr ki, regionda terrorçuluğa qarşı əməliyyatlar davam etdirilir.


Oxunma sayı: 1310

Oxşar yazılar