ABŞ-ın Almaniyadakı səfiri istefa verib

  • 20:20 - 02 İyun

ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell istefa verib.

Bu barədə səfirliyin sözçüsü bildirib. 

“Səfir Qrenell iyunun 1-dən həm öz postundan, həm də Dövlət Departamentində istefa verib”, - deyə sözçü vurğulayıb.

ABŞ Prezidenti Donald Trampın ən yaxın tərəfdaşlarından olan R. Qrenell iki il bu postda çalışıb. İki il müddətində R. Qrenell Almaniyanın NATO ilə bağlı siyasətini, habelə “Şimal Axını 2” qaz kəməri layihəsini tənqid edib. 
 

Onun müavini Robin Quinville yeni səfir təyin olunana qədər müvəqqəti işlər vəkili olacaq. (apa)


Oxunma sayı: 3928

Oxşar yazılar