Büdcənin icrası barədə layihə plenar iclasa çıxarılır

  • 17:22 - 02 İyun

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələ müzakirəyə çıxarılıb.

Avropa.info xəbər verir ki, iclasda maliyyə naziri Samir Şərifov büdcənin icrası ilə bağlı ətraflı məlumat verib. Daha sonra deputatlar büdcənin icrası ilə əlaqədar təklif və rəylərini veriblər.

Müzakirələrdən sonra məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Oxunma sayı: 3873

Oxşar yazılar