Metropolitendən qatarlarda kondisionerlərin qoşulması ilə bağlı açıqlama

  • 17:14 - 02 İyun

Havaların istiləşməsi ilə bağlı Bakı metropolitenində tədbirlər davam etdirilir.

Avropa.info xəbər verir ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə açıqlamasında bildirib ki, artıq metroda yeni qatarlarda kondisioner sistemi qoşulub: "Həmin qatarlarda mikroiqlim nəzarəti sistemi var. Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulu olur. Havanın tempraturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir. Hazırda təzə qatarlarda hərarətə uyğun olaraq kondisionerlər qoşulub".

B.Məmmədov bildirib ki, Bakı metropoliteninin stansiyalarında kondisionerli 11 yeni qatar tərkibi sərnişinlərə xidmət göstərir:

"Rusiyadan alınan daha 4 yeni qatar tərkibi də yola salınıb. Həmin qatarlar yaxın vaxtlarda Bakıya gətiriləcək və sınaqdan keçiriləndən sonra sərnişinlərin ixtiyarına veriləcək".


Oxunma sayı: 6843

Oxşar yazılar