Daha 120 azərbaycanlı Rusiyadan təxliyə olundu

  • 16:42 - 02 İyun

“Bu gün daha 120 Azərbaycan vətəndaşının Rusiyadan Vətənə qayıtması təmin olunub”.

Avropa.info xəbər verir ki, bunu “Report”a açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib:

“Hazırda 120 nəfər Rusiya-Azərbaycan sərhədini keçib. Azərbaycana qayıtmaq istəyənlər yenə də var. Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”.

O qeyd edib ki, hazırda Rusiya ilə sərhəddə toplaşan 619 nəfər Azərbaycana keçmək istəyir.


Oxunma sayı: 4038

Oxşar yazılar