Amerikalı polis rəisindən Trampa etiraz: “Çənəni yum, bura Hollivud deyil, real həyatdır”

  • 16:29 - 02 İyun

ABŞ-ın Minnesota ştatında polis zorakılığı nəticəsində həyatını itirən Corc Floyd üçün ölkənin hər tərəfində başlayan etiraz aksiyaları yeddinci gününə girib.

Avropa.info xəbər verir ki, CNN İnternational telekanalında Kristian Amanpurun proqramının qonağı olan Hyuston şəhərinin polis rəisi Art Asevedo Trampın etirazlar barədə verdiyi açıqlamalara sərt reaksiya verib. 

Tramp video konfrans vasitəsilə keçirdiyi iclasda “Çoxunuz zəifsiniz. İnsanları həbs etməniz, izləməniz  və 10 il həbsə göndərməyiniz lazımdır. O zaman bunların baş verdiyini bir daha görməzsiniz” deyib.

Etirazların ən sakit formada keçməsi üçün nələr etdiklərini izah edən Art Asevedo “Bunu ancaq bu ölkənin polis rəisləri adından ABŞ prezidentinə deyirəm: “Lütfən deyə biləcəyin konstruktiv bir şey yoxdursa, çənəni yum. Bura Hollivud deyil, real həyatdır” deyib.


Oxunma sayı: 2465

Oxşar yazılar