Türkiyə S-400-lərin ikinci partiyasını nə vaxt alacaq? – Rusiyadan açıqlama

  • 16:05 - 02 İyun

Türkiyənin verdiyi hərbi sifarişlər portfeli 1 milyard dollar dəyərində qiymətləndirilir.

Avropa.info xəbər verir ki, bu sözləri Rusiyanın hərbi-texniki əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru Dmitri Şuqayev Ecoturk TV telekanalına müsahibəsində deyib.

Qeyd edək ki, bu açıqlamayadək Rusiyanın Türkiyə hərbi bazarından müqavilələrinin məbləği açıqlanmırdı.

Şuqayev Türkiyənin S-400 HHM sistemlərinin ikinci partiyasını nə vaxt satın alacağı barədə suala belə cavab verib:

“Hər kəsə məlumdur ki, pandemiya üzündən tətbiq olunan məhdudiyyətləri nəzərə alsaq, müqavilənin nə vaxt imzalanacağına dair ehtimal verməyim açığını desəm, faydasız olardı. Yenə də ikinci bir S-400 HHM sistemi satışı haqqında dialoqun xeyli irəli səviyyədə olduğunu deyə bilərik”.

Şuqayev Rusiyanın texnoloji sahədə əməkdaşlıq etməsi, yəni Türkiyə şirkətlərinin istehsal prosesində yer alması ehtimalında Türkiyə işlə işləməyə hazır olduqlarını qeyd edib.


Oxunma sayı: 5908

Oxşar yazılar