Maliyyə naziri: Azərbaycanın builki büdcəsinin problemi yoxdur

  • 15:33 - 02 İyun

"Hazırda Azərbaycanın 2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur".

Avropa.info xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən beş ayın nəticələri mövcuddur və kifayət qədər profisit yaranıb. Onun sözlərinə görə, bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq.

Nazir həmçinin qeyd edib ki, Azərbaycanda karantin rejiminin iqtisadiyyata mənfi təsirləri qaçılmaz idi.

Nazir bildirib ki, hazırda təhlillər aparılır: "Hazırda biz tələsmirik, daha çox gözləyici mövqe nümayiş etdiririk. Karantin müəyyən müddət oldu. Şübhəsiz ki, onun mənfi təsirləri qaçılmaz idi. Lakin biz bu gün karantin çıxmaqla ölkə iqtisadiyyatında başqa prosessləri izləyirik.

Dörd ay haqqında artıq məlumatlar mövcuddur. Beş ay haqqında məlumatlar isə yaxın vaxtlarda olacaq".


Oxunma sayı: 14818

Oxşar yazılar