Samir Şərifov Milli Məclisdə hesabat verir

  • 14:50 - 02 İyun

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “2019-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Avropa.info qafqazinfo-ya istinadən xəbər verir ki, iclası açan komitə sədri Tahir Mirkişili bildirib ki, 2019-ci il ölkəmizdə ən sürətli və əhatəli islahatlar ili kimi yadda qalıb:

“Şəffaflıq səviyyəsinin artırılması və kölgə iqtisadiyyatı ilə aparılan mübarizə öz effektiv təsirini göstərib, büdcə gəlirlərinin proqnozdan artıq icra olunmasına şərait yaradıb. Ötən il iqtisadiyyatı idarəetmə mexanizmində köklü struktur və kadr dəyişiklikləri aparılıb və çevik, ədalətli idarəetmə üçün təşkilati zəmin yaradılıb. 2019-cu ildə problemli kreditlərin həlli üçün həm əhaliyə, həm də banklara dövlət tərəfindən mühüm dəstək göstərilib və problemin həlli üçün müvafiq vəsait ayrılıb. Bütün bunlarla yanaşı bank sektorunda sağlamlaşma prosesi bu gün də davam edir. İnanırıq ki, görülən tədbirlər bank sektorunun fəaliyyəti iqtisadi islahatların hədəfləri ilə uzlaşacaq. Büdcə gəlirləri proqnozdan 1 milyarddan artıq icra olunub. Minumum əməkhaqqı iki dəfə artırılıb. Bu həcmdə işlər büdcənin imkanları hesabına həyata keçirilib”.

Maliyyə naziri Samir Şərifov çıxışında qeyd edib ki, 2019- cu il ölkəmizdə makroiqtisadiyyatın daha da möhkəmləndirilməsi, xarici iqtisadi mövqeyin formalaşması, qeyri-neft ixrac ili kimi səciyyələnib:

“Ötən il ÜDM-nin artımı 2,2 faiz olub. 2019- cu il 81,7 milydar həcmində ÜDM formalaşıb. 2019- cu ildə ÜDM-nin formalaşması daha çox qeyri-neft sektorunun hesabına olub. Bu sektorun payı 62 faiz olub.  Əhalinin gəlirlərinin ildən-ilə artırılması istiqamətində tədbirlər həyata keçirilməkdədir. Ölkəmizin məcmu valyuta ehtiyatları 2019- cu ilin sonuna dövlət borcumuzu 5 dəfəyə qədər üstələyib”.


Oxunma sayı: 12816

Oxşar yazılar