Talibanın yeni lideri də koronovirusdan öldü

  • 13:37 - 02 İyun

Taliban hərəkatının yeni lideri Molla Heybətullah Axundzadə koronovirus üzündən vəfat edib.

Avropa.info xəbər verir ki, koronovirus aşkarlanan Taliban liderinin son vaxtlar xəstəliyi üzündən təşkilatın iclaslarında iştirak etmədiyi bildirilirdi. Axundzadə koronovirus müalicəsinə müsbət cavab vermədiyindən onu xilas etmək mümkün olmayıb.

Molla Heybətullah Talibanı ABŞ ilə sülh danışıqlar masasına oturdan şəxs kimi tanınırdı. 

Talibana yaxın mətbuat orqanlarının verdiyi məlumata görə, hərəkat rəhbərliyində təmsil olunan 4 nəfərdə koronovirus aşkar edilib. Epidemiya üzündən rəhbərlik arasında hərəkata kimin başçılıq edəcəyi ilə bağlı anlaşılmazlıqlar yaranıb.


Oxunma sayı: 11309

Oxşar yazılar