BMT: Liviya hökuməti və Haftar atəşkəslə bağlı danışıqlara razılıq verdi

  • 12:45 - 02 İyun

Liviyanın Milli Həmrəylik Hökuməti və qeyri-qanuni silahlı dəstələrə başçılıq edən Xəlifə Haftar atəşkəsin bərpa olunması ilə bağlı danışıqların başlamasına razılıq verib.

Avropa.info xəbər verir ki, bu barədə BMT-nin Liviyaya dəstək üzrə missiyası (UNSMIL) məlumat verib.

Sülh danışıqları və uyğun təhlükəsizlik qaydaları UNSMIL-i 5+5 formatında təmsil edən birgə hərbi komitə tərəfindən həyata keçiriləcək. Bəyanatda tərəflər liviyalıların həyat və təhlükəsizliyinin təmini üçün razılığa gəldiyi bildirilir.

UNSMIL Liviya hökumətinin koronovirusla mübarizədə diqqətini cəmləyə bilməsi üçün hərbi əməliyyatların dayandırılmasının vacibliyini qeyd edib.

Liviya hökuməti və Haftar danışıqlarla bağlı hələ rəsmi açıqlama verməyiblər.


Oxunma sayı: 5094

Oxşar yazılar