Baş infeksionist ən böyük təhlükə mənbəyini açıqladı, diqqətli olmağa çağırdı – Foto

  • 12:02 - 02 İyun

İnsanlar koronavirusa barmaqarası baxır. Operativ Qərargah tərəfindən verilən tövisyələrə əməl etmirlər. Bu da ölkədaxili yoluxma sayının artmasına gətirib çıxarır.

Avropa.info xəbər verir ki, bunu milli.az-a açıqlamasında Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

Baş infeksionist koronavirusa yoluxmanın ən böyük təhlükə mənbəyini açıqlayıb:

"Qarşısını almaq üçün təklif olunan tədbirlərin birini (Maska taxmamağa görə cərimə - red) Milli Məclis artıq təsdiq edib. Maskasız gəzən insanlar, iki metr məsafəni gözləməyən insanlar cərimələnəcək. Kütləvi toplaşım yerlərində maskasız olmaq qeyri mümkün olacaq.

Koronavirusun ən təhlükəli halı əlamətsiz keçən formasıdır

Koronavirus infeksiyası hər zaman büruzə vermir. Əksər hallarda yüngül keçir, əlamətsiz keçir. Heç bir əlamət büruzə vermir, heç bir əlamət üzə çıxmır və belə insan özünü tam sağlam hesab edir. Amma bununla bərabər virus ifraz etməkdə davam edir. Koronavirusu ifraz edən insan ya bir dostugilə gedir, ya metroya düşür harasa gedir. Metroda da bundan başqa bir 30 nəfər adam da var. Bax, o insanların yoluxmasına həmin insan səbəb olur. Bir insan ən azı 3, 4 adamın yoluxmasına səbəb olur, çox olarsa, 50-60 adama yoluxdura bilər. Koronavirusun ən təhlükəli halı əlamətsiz keçən formasıdır. Heç bir əlaməti biruzə verməyən koronavirusa yoluxmuş insanı gələcəkdə səhhəti ilə bağlı heç bir təhlükə gözləmir. Koronavirusa yoluxduğundan xəbərsiz olan insan təxminən bir ay virus ifraz etməyə davam edəcək, sonra da düzələcək. Onun üçün heç bir həyati təhlükə yoxdur. Elə insan ancaq ətrafdakılar üçün, yaxınları üçün, dost-tanışları üçün, ailəsi üçün təhlükəlidir. 

Heç kim bilə bilməz ki, bunda virus var, ya yox

İnsan xəstələnir yüngül formada. Hesab edir ki, həkim çağırsa, bundan koronavirusa görə şübhələnərlər. Onu və yaxınlarını karantinə cəlb edərlər. Demir heç kimə və gündəlik fəaliyyəti ilə məşğul olur. O da xəstəliyi yayır. Bütün bunlar ölkədə 3 rəqəmli yoluxmanın meydana gəlməsinə səbəb olur. Bunun qarşısını almaq üçün mütləq hər hansı bir tədbir görülməlidir. Ən önəmlisi yoluxmanın qarşısını almaq üçün maskadan istifadə etmək lazımdır. Maskanı istər xəstə olsun, istər olmasın, hər kəs taxmalıdır. Heç kim bilə bilməz ki, bunda virus var, ya yox. Buna görə də maskanı hamı taxmalıdır.

Yoluxma ehtimalı qat-qat artır

Çalışmaq lazımdır kütləvi toplaşım yerlərində vacib olmadığı halda olmayasınız. İnsanların kütləvi toplaşdığı yerlərə getmək koronavirusa yoluxmağa səbəb olur. Yəni, yoluxma ehtimalı qat-qat artır. Aramızdakı məsafə 2 metrdən az olduqca bizim yoluxma ehtimalımız qat-qat artır. Şəxsi gigiyena qaydalarına əməl etmiriksə, əlimizi yad əşyaya, telefona, qapı dəstəyinə vurmuşuqsa, əlimizi yumuruqsa, dezinfeksiyaedici məhlullardan istifadə etmiriksə, bu da yoluxmaya səbəb olan faktorlardan biridir. Bunların dəfələrlə deyilməsinə baxmayaraq yenə də insanlarımız bu tədbirlərə əməl etmirlər. Məcbur olundu, Operativ Qərargah tövsiyə etdi, Milli Məclis də qərar qəbul etdi. Artıq bu qaydalara əməl etməyənlər cərimələnəcəklər. Mən də istərdim insanlarımız cərimələnməsin, amma buna məcburi gedildi. 

İctimai qınaq olmadı. Nəiki ictimai qınaq, bir yerə maska ilə gedirdin, adama gülürdülər "Buna bax, maska ilə gəlib".  Bütün bunlar nəticədə yoluxanların sayının artmasına səbəb oldu".


Oxunma sayı: 4775

Oxşar yazılar