ÜST: Koronovirusun müalicəsində bu dərmanlardan istifadə etməyin

  • 12:01 - 02 İyun

Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Adanom Qebreisus getdikcə artan bakterial infeksiyaların onları müalicə etmək üçün istifadə edilən antibiotiklərə qarşı daha da müqavimət qazandığını açıqlayıb.

Avropa.info xəbər verir ki, ÜST Kovid-19 xəstəliyinin müalicəsi zamanı antibiotiklərdən istifadənin bakterial infeksiyaları artıracağını qeyd edib.

“Kovid-19 pandemiyası antibiotik istifadəsində artıma səbəb olub. Bu vəziyyətin yaradacağı bakterial müqavimət pandemiyadan sonra da ağır yük formalaşamasına səbəb olacaq” – Qebreisus deyib.

ÜST yüngül simptomların müşahidə edildiyi Kovid-19 xəstələrinə antibiotikdən istifadə etməməyi məsləhət görüb.


Oxunma sayı: 7613

Oxşar yazılar