“Qubernatorlar imtina edərsə, mən bu problemin həlli üçün ABŞ Silahlı Qüvvələrini işə salacağam” – Tramp ordu və polisə tam səfərbərlik əmri verdi

  • 11:47 - 02 İyun

ABŞ prezidenti Donald Tramp Ağ Evin həyətində keçirdiyi brifinqdə polis zorakılığı nəticəsində həyatını itirmiş Corc Floyd və ölkədə iğtişaşlara çevrilən etirazlarla bağlı açıqlamalar verib.

Avropa.info xəbər verir ki, Tramp ABŞ prezidenti olaraq vəzifəsinin ölkəni və xalqı qorumaq olduğunu deyib:

“Ölkəmizin qanunlarını qorumaq üçün and içdim. Corc Floyd qəddarca öldürülməsindən haqlı olaraq narahat olan amerikan xalqı üçün sözümü yerinə yetirəcəm. Hökumətimiz Floyd və ailəsi üçün ədalətin bərqərar olması vədini yerinə yetirəcək. O, bir heç uğuruna ölmədi. Mövcud olan bütün federal, mülki və hərbi qaynaqları qarətlərə, talanlara son qoymaq və qanunpərvər Amerika xalqını qorumaq üçün səfərbər edirəm”.

O, bəzi ştatların qubernatorlarını zorakılıq aktları törədənlərə qarşı lazımi tədbirlər almamaqda ittiham edib. Tramp insanların iş yerlərinin qarət edildiyini, Kovid-19-la mübarizə aparan səhiyyə işçilərinin qorxudan evdən çıxmadığını, Vaşinqtonda bina və kilsələrin xəsarət aldığını deyib:

“Əgər hansısa şəhər və ya ştat insanların həyat və mülkiyyətini qorumaq üçün addım atmaqdan imtina edərsə, mən bu problemin həlli üçün ABŞ Silahlı Qüvvələrini işə salacam”.

Tramp Ağ Ev qarşısında çıxışdan sonra yaxınlıqda yerləşən və iğtişaşlar zamanı yandırılmağa cəhd edilən Sent. Corc kilsəsinə gedin və əlində İncil foto çəkdirib.


Oxunma sayı: 9054

Oxşar yazılar