Böyük Britaniyada koronovirusdan ölənlərin sayı 39 mini keçdi

  • 11:03 - 02 İyun

Böyük Britaniyada koronovirusdan (Kovid-19) ölənlərin sayı 39 min 45 nəfərə çatıb.

Avropa.info xəbər verir ki, səhiyyə naziri Met Henkokun verdiyi məlumata görə, sutka ərzində 111 nəfər virusdan həyatını itirib. Yoluxma sayı isə 1570 nəfər artaraq, 276 min 332 nəfər olub. Ümumilikdə 4 milyon 484 min 340 test keçirilib.

23 martdan etibarən tətbiq edilən karantin qaydalarında bu gündən etibarən daha bir yumşalma olub. 6 nəfərədək qruplar sosial məsafəyə riayət edərək açıq məkanlarda görüşə biləcək.


Oxunma sayı: 4203

Oxşar yazılar