Türkiyədə jandarma avtomobili uçuruma düşdü: ölənlər var

  • 10:42 - 02 İyun

Türkiyədə zirehli avtomobil ağır yol qəzasına uğrayıb.

Avropa.info bildirir ki, hadisə Siirtdə, Doğanköy ərazisində baş verib.

Məlumata əsasən, içində jandarmaları daşıyan zirehli avtomobil idarəetməni itirərək uçuruma yuvarlanıb. Qəzada avtomobildə olan 8 nəfər xəsarət alıb.

Yaralılar helikopterlərlə Siirt Dövlət Xəstəxanasına çatdırılsada, iki jandarmanın həyatını xilas etmək olmayıb.


Oxunma sayı: 4742

Oxşar yazılar