Ermənistanda ağır vəziyyətdə olan 500 koronaviruslu xəstə var

  • 23:07 - 01 İyun

Ermənistanda koronavirusa yoluxma halının təsdiqləndiyi təxminən 500 nəfər ağır və ya çox ağır vəziyyətdədir.

Bu barədə ölkənin Səhiyyə naziri Arsen Torosyan brifinq zamanı bildirib.

“Hazırda 440 vətəndaşımız ağır, 55 nəfər isə çox ağır vəziyyətdədir. 16 xəstə süni tənəffüs aparatına qoşulub”, - nazir belə deyib.

Onun sözlərinə görə, həkimlər hələ ki ağır və çox ağır vəziyyətdə olan xəstələrin sayını azaltmağa müvəffəq ola bilməyiblər.

Qeyd edək ki, Ermənistanda ümumilikdə 9492 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib, 3402 nəfər sağalıb, 139 nəfər isə ölüb.(apa)


Oxunma sayı: 1860

Oxşar yazılar