Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək

  • 22:16 - 01 İyun

Rusiyada Konstitusiyaya düzəlişlərlə bağlı səsvermə iyulun 1-də keçiriləcək.
Avropa.info xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Konstitusiyaya düzəlişlərlə əlaqədar ümumxalq səsverməsinin iyulun 1-də keçirilməsini təklif edib. Ölkə başçısı Mərkəzi Seçki Komissiyasına, Rusiya İstehlakçıların Hüquqlarına və İnsan Rifahına Nəzarət üzrə Federal Agentliyə, həmçinin regionların rəhbərlərinə seçki sahələrində tam təhlükəsizliyi təmin etmək barədə tapşırıq verib.
Xatırladaq ki, Rusiya Konstitusiyasına dəyişikliklərlə bağlı səsvermə əvvəlcə aprelin 22-nə təyin edilmişdi. Lakin koronavirus pandemiyası səbəbindən proses təxirə salındı.


Oxunma sayı: 3323

Oxşar yazılar