İmişlidə avtomobil aşdı, sürücü xəsarət aldı

  • 21:40 - 01 İyun

İmişli rayonunda yol qəzası baş verib.

"Report"un Mil-Mməlumatına görə, hadisə Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Xubyarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, İmişli rayon sakini Rauf Ramiz oğlu Məmmədovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. 


Oxunma sayı: 5292

Oxşar yazılar