"Neftçi" kapitanı ilə 3 illik müqavilə imzaladı - RƏSMİ

  • 20:50 - 01 İyun

"Neftçi" kapitanı Emin Mahmudovla müqavilənin müddətini artırıb.

Avropa.info klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya görə, 28 yaşlı yarımmüdafiəçi daha 3 il "ağ-qara” formanı geyinəcək.

Paytaxt təmsilçisi daha əvvəl digər futbolçusu Anton Krivotsyukla yeni sözləşmə imzalayıb.

Qeyd edək ki, Emin Mahmudov bu mövsüm meydana çıxdığı 26 oyunda 6 qol vurub.


Oxunma sayı: 6293

Oxşar yazılar