Milli Məclisin sabah keçiriləcək iclasının gündəliyi məlum oldu

  • 17:53 - 01 İyun

Milli Məclisin iyunun 2-si keçiriləcək iclasının gündəliyi məlum olub. 

Avropa.info-nun məlumatına görə, gündəliyə 3 məsələ daxil edilib.

Bunlra aşağıdakılardır:

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

2. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (üçüncü oxunuş).

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Gündəliyə daxil edilən birinci məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) karantin dövründə maskadan istifadə tələblərinin pozulmasına görə cərimələrlə, gündəliyə daxil edilən üçüncü məsələ (“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) isə əlilliyi olan şəxslərin əmək hüquqlarını pozan işəgötürənlərin cərimələnməsi ilə bağlıdır.


Oxunma sayı: 3345

Oxşar yazılar