Koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanadan görüntülər - Video

  • 17:41 - 01 İyun

REAL TV koronavirus xəstələrinin müalicə edildiyi xəstəxanada olub.

Boş qalmış karidorlar, konbinzon geyimli görünməyən qəhrəmanlar və süni nəfəs aparatında ölümlə yaşam arasında mübarizə aparan insanlar.

Bəli bunlar bu günümüzün acı reallığını özündə əks etdirən koronavirus pandemiyasının yaratdığı mənzərədir. O mənəzərki, hər gün ölüm dəhşət saçır.

Tibbi personal durmadan çalışır. Maksimum COVID-19 yoluxanları bu bəladan xilas etmək üçün mübarizə aparırlar.

Koronavirusun yaratdığı mənzərə bizə bu virusun nə qədər təhlükləli olduğundan xəbər verir.

Odur ki, virusa yoluxmamaq üçün və reanimasiyada uzanıb ağ konbinzonlu həkimlərə baxmaq istəmiriksə ən azından qoyulan tələblərə əməl edib sisoal məsafə saxlayıb tibbi tənziflərdən istifadə edək.

Bunları etmək reanimasiyada süni nəfəs aparatında ölümlə yaşam arasındakı müabirzə aparmaqdan daha asandır.


Oxunma sayı: 4005

Oxşar yazılar