Liviya ordusu: Haftara məxsus daha 3 hərbi texnika məhv edildi

  • 17:39 - 01 İyun

Liviya ordusunun Tripolinin cənubunda yerləşən Əsabia şəhəri ətrafında təşkil etdiyi hücum nəticəsində qiyamçı general Haftara məxsus 3 hərbi texnikası məhv edilib.

Avropa.info xəbər verir ki, bu barədə Liviya ordusunun mətbuat katibi Məhəmməd Kununu açıqlama verib.

“Qəhrəman silahlı qüvvələrimə qiyamçıların əzilməsi və qiyamın heç bir mərhəmət göstərilmədən kökündən yox edilməsi göstərişi verilib” – Kununu deyib.

Qeyd edək ki, Əsasbia yaxınlığında Milli Həmrəylik Hökuməti qüvvələri ilə Haftar qüvvələri arasında şiddətli döyüşlər gedir.


Oxunma sayı: 5996

Oxşar yazılar